Daşıma Şərtləri

Daşıma Şərtləri

 

Türkiyə Respublikasından çıxışı qadağan edilmiş məhsullar və Azərbaycan Respublikasına gətirilməsi qanunla qadağan edilmiş məhsulların daşınması həyata keçirilmir.

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:

 

  1. Döyüş təyinatlı hərbi texnika.
  2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.
  3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
  4. Müdafiə, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.
  5. Hərbi səfərbərlik təyinatlı əmlak.
  6. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər.
  7. Dövlət kəmiyyət vahidləri etalonları.
  8. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.
  9. Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.
  10. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.
  11. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr və prekursorlar .
  12. İnsan orqanı və (və ya) toxumaları.
  13. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.
  14. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.
  15. Dövlət arxiv fondunun sənədləri.
  16. Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.
  17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.
  18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

 

 

Məlumat üçün Sifarişçinin nəzərinə çatdırılır ki, Sifarişin dəyəri 30 gün ərzində 1.000 (bir min) ABŞ dolları məbləğinədək olduqda, gömrük orqanları tərəfindən Sifarişçidən gömrük rüsumu tutulmur. Sifarişin dəyəri 30 (otuz) təqvim günü ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, Sifarişçinin sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyi yaranacaq.